olkepress.com
olkepress.com

Ağdamın icra başçısının oğlu kef-damaqda, Şəhid ailəsi isə...

26-07-2022, 11:03

Ağdamın icra başçısının oğlu kef-damaqda, Şəhid ailəsi isə...

Qarabağ bölgəsində fəaliyyət göstərən jurnalist Xəyyam Salmanzadə öz sosial şəbəkə hesabında Ağdamın icra başçısı Vaqif Həsənovun oğlu Vasif Həsənovun bahalı istirahəti ilə bağlı maraqlı paylaşım edib.

Ölkəpress.com azsiyaset.com-a istinadla həmin paylaşımı olduğu kimi təqdim edir:

“Bu gün Ağdamın Səfərli qəsəbəsində şəhid ailəsinin evində çəkiliş edirdim. Şəhidin oğlu müsahibəsində dedi ki, oğlumun ürəyi şirinçay istəyir, şəkər tozu tapmadığımdan arzusu ürəyində qalıb…

Həyatın işinə bax, Ağdamın icra başçısı Vaqif Həsənovun oğlu Vasif İspaniyada 1200 manata oteldə gecələyir, şəhidin oğlu isə şəkər tozu tapmadığından oğluna şirinçay içirdə bilmir!”

Azsiyaset.com xəbər verir ki, barəsində paylaşım edilən Vasif Həsənov Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsində məsul vəzifədə çalışır.

Yayılan məlumatla bağlı Vasif Həsənovun da mövqeyinə yer verməyə hazırıq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi