olkepress.com
olkepress.com

Gömrük Komitəsindən biabırçı səhv

18-07-2022, 11:26

Gömrük Komitəsindən biabırçı səhv

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli generalı və bir neçə vəzifəli şəxsləri həbs edilib.

Ölkəpress.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Üzərindən 23 gün keçməsinə baxmayaraq, hələ də general Ehtiram Xəlilov Dövlət Gömrük Komitəsinin rəsmi veb səhifəsində "Azərterminalkompleks" Birliyinin direktoru vəzifəsində çalışır.

Həbs edilən gömrük xidməti general-mayoru Rəsulov Məsum Eynalı oğlu da qurumun rəsmi saytında Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsindədir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində bu məsələlərə cavabdeh şəxs qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik - 1977-ci il sentyabrın 22-də Naxçıvan şəhərində anadan olan Axundov Natiq Sabir oğludur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi