olkepress.com
olkepress.com

İtə kabab yedizdirən iş adamının övladlarından növbəti əməl

6-06-2022, 09:45

İtə kabab yedizdirən iş adamının övladlarından növbəti əməl

MTN-işində adı hallanan iş adamı Yaşar Cabbarovun övladları dəbdəbəli həyat tərzləri ilə yenidən gündəmə gəliblər. Belə ki, Cabbarov qardaşları “tik-tok” sosial şəbəkəsində bahalı avtomobillərinin fotolarını paylaşıblar. Fotolardan lüks avtomobillərin dövlət nömrə nişanın saxta olduğu aydın olur. Yəni, iş adamının övladları paytaxt Bakıda saxta nömrə ilə maşın sürürlər.

Bundan əlavə, Cabbarovun oğlanlarından biri polis akademiyasının müdavimidir. İndidən polis forması ilə fotolar çəkdirir, xoşagəlməz hərəkətlər edir. Saxta nömrə ilə maşın sürür. Onun sürdüyü avtomobillərin nömrəsinə diqqət etsəniz, aydın görəcəksiniz.
Xatırladaq ki, daha əvvəl də iş adamının övladları itlərinə "antrikot" yedizdirib, ayaqqabılarını qiyməti 15-20 min manata olan "Vertu" markalı telefonla sildiklərini videoya çəkərək, sosial şəbəkə hesablarında paylaşmışdılar.(SİTAT.İNFO)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi