olkepress.com
olkepress.com

Belarus bu ölkəyə nota verdi

5-08-2025, 14:23

Belarus bu ölkəyə nota verdi

Belarus Xarici İşlər Nazirliyi Polşanın müvəqqəti işlər vəkilini 9-10 avqustda Varşavada keçirilməsi planlaşdırılan aksiya ilə bağlı izahat vermək üçün nazirliyə dəvət edib.

Bu barədə Belarus XİN-in sözçüsü Ruslan Varankov bildirib.

O deyib ki, Pilsudski meydanı və Varşava Universitetində nəzərdə tutulan tədbirlər Belarus əleyhinə yönəlib.

"Bu aksiyanı təşkil edənlər və iştirakçıları rəsmi Varşavanın dəstəklədiyi, dağıdıcı və təxribat xarakterli fəaliyyəti ilə tanınan belaruslu mühacirlərdir. Nazirlik hesab edir ki, bu cür tədbirlər Belarusla Polşa arasında konstruktiv dialoqun bərpasına xidmət etmir və ikitərəfli münasibətlərə zərər vurur", - XİN rəsmisi vurğulayıb.

Qeyd edilib ki, diplomata bu məsələyə dair rəsmi etiraz notası təqdim olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi