Q.Paşayeva Uşak Universitetinin təşkil etdiyi “Qarabağ Zəfəri sonrası Xocalı Soyqırımı dəyərləndirilməsi” adlı konfransda geniş məruzə ilə çıxış edibŌlkəpress.com bildirir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Uşak Universiteti “Azərbaycan Mədəniyyətini Tanıtma Topluluğu”nun təşkil etdiyi “Qarabağ Zəfəri sonrası Xocalı Soyqırımı dəyərləndirilməsi” adlı onlayn konfransda çıxış edib.
Komitə sədri gənclərdə tarix şüurunun güclənməsi baxımından bu cür tədbirlərin çox önəmli olduğunu vurğulayaraq, 30-cu ildönümündə Xocalı Soyqırımı ilə bağlı mötəbər heyətli konfrans düzənləyən Uşak Universitetinə, konfransın gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib. Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” sözünü xatırladan Q.Paşayeva, Qarabağ Zəfərinin qazanılmasında Türkiyə-Azərbaycan həmrəyliyinin, Türkiyənin müharibənin ilk günündən verdiyi yüksək mənəvi, siyasi dəstəyin xüsusi rolu olduğunu bildirib:
“Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi ilə yalnız Azərbaycan deyil, bütövlükdə Türk Dünyası çox böyük güc əldə etdi.30 il öncə Xocalıda törədilən soyqırımda şəhid olan bütün soydaşlarımızı rəhmətlə anarkən, onların tək suçunun türk, müsəlman olmalarından qaynaqlandığını söyləməliyik. Sizcə, bir cocuğun, qız uşağının, yaxud ixtiyar qarı-qocanın nə təhlükəsi ola bilərdi? – Onlar öz ev-eşiklərində yaşayan mülki insanlardı. Və o mülki insanların belə işgəncə ilə öldürülməsini normal məntiqlə, ağılla anlamaq mümkün deyil. Əlbəttə, konfransın adından da göründüyü kimi tarixi Zəfərimizdən sonra Xocalı Soyqırımı haqqında təskinliklə danışırıq. Qəhrəman Ordumuz şəhidlərimizin qanını yerdə qoymadı, Xocalının qisası döyüş meydanında alındı.
Bəli, biz Xocalıda soyqırıma uğramışıq və bu, bəşər tarixinin üz qarasıdır. Günahkarlar beynəlxalq məhkəmələrdə cəzalandırılmalı, soyqırım beynəlxalq hüquqi qiymət almalıdır.
Xocalı Soyqırımını heç vaxt unutmayacağıq. Umnutmayacağıq ki, bir də yaşanmasın”!Qeyd edək ki, Uşak Universiteti “YouTube” kanalından canlı yayınlanan tədbirdə Uşak Universiteti rektoru Prof.Dr. Əkrəm Savaş, Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru Prof.Dr. Necdət Ünüvar, Ankara Universiteti Dil və Tarix, Coğrafya fakültəsinin müəllimi Prof.Dr. Toğrul İsmayıl, Uşak Universiteti prorektoru Prof.Dr. Murat Mustafa Öntuğ, Azərbaycan Kültürünü Tanıtma Topluluğu məsləhətçisi Dr. Naib Ələkbərov, tədqiqatçılar və tələbələr iştirak edib.