olkepress.com
olkepress.com

Qəbələdə dağlıq ərazidə yanğın baş verib - VİDEO

24-08-2022, 17:01

Qəbələdə dağlıq ərazidə yanğın baş verib - VİDEO

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub.

Bu barədə Ölkepress.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-in həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 1 hektar sahədə əsasən kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi