olkepress.com
olkepress.com

Yanğın “Qalaaltı” hotelin yaxınlığına çatdı - Video

17-08-2022, 18:39

Yanğın “Qalaaltı” hotelin yaxınlığına çatdı - Video

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb.

Olkepress.com AzTV-yə istinadən xəbər verir ki, ötən gecə saatlarından etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında daha da şiddətlənib. FHN-in şəxsi heyəti yanğına müəyyən qədər müdaxilə etsə də, relyefin mürəkkəb olması söndürülmə işlərinə çətinlik yaradır.

“Qalaaltı” İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Artıq hotelin əməkdaşları da bu məsələdə fəaliyyətə keçiblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi