olkepress.com
olkepress.com

Goranboyda fermerlərin SU ÜSYANI... - Zaur Mikayılov gələndən sonra PROBLEM YARANIB - VİDEO

31-05-2022, 11:04

Goranboyda fermerlərin SU ÜSYANI... - Zaur Mikayılov gələndən sonra PROBLEM YARANIB -  VİDEO

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Gornaboydakı kadrlarından xəbəri yoxdur. Hər halda görünəni budur.

DİA.AZ bildirir ki, sözügedən rayonun Qəmərli kəndindən olan bir qrup fermer əkin sahələrini suvara bilmələri üçün su tapmadıqlarından giley edirlər.

Fermerlər bildirir ki, bir ildən artıqdır eyni problemi yaşayırlar. Amma əvəzində onların əkin sahələrinə yox, ayrı-ayrı məmurların sahələrinə su verilir, sıravi kənd sakinləri olan fermerlərin isə əkin-biçinləri məhv olur.

Ölkəpress.com bildirir ki, sakinlər açıqlamalarında maraqlı bir məqama da toxunublar: "Zaur Mikayılovun gəlişindən sonra bu problem yaranıb. Bundan əvvəlki rəhbərlik camaatın dərdini dinləyirdi, kömək edirdi. Amma Meliorasiya və Su Təsərrüfatı ASC-də dəyişiklik baş verəndən sonra problemlər yaşamağa başlamışıq".

Onu da qeyd edək ki, narazı fermerlər arasında hətta 400 hektar sahəsi olanlar da var ki, onlar da çətinliklə üzləşiblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi