olkepress.com
olkepress.com

Məktəbdə şagirdlərin zarafatı qanla BİTDİ - VİDEO

20-05-2022, 11:24

Məktəbdə şagirdlərin zarafatı qanla BİTDİ - VİDEO

Bakıda məktəblilərin bir-birilə zarafatı qanla bitib.

Xezerxeber.az-ın məlumatına görə, 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib.
Hadisə mayın 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə qeydə alınıb. Hadisə zamanı xəsarət alan məktəbli dərhal xəstəxanaya aparılıb.

Məktəbin direktoru Əbülfət Bağırov deyib ki, mayın 17-i günü hadisəni törədən məktəbli dərsə gəlməyib. O, sinif otağına pəncərədən daxil olaraq xəsarət yetirdiyi şagirdlə zarafatlaşıb. Daha sonra isə bu hadisə baş verib.

Direktor xəsarət alan məktəblinin səhhəti barədə də danışıb.

O da bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli ilə bağlı bundan əvvəl də polisə müraciət edilib. Hazırda fakt üzrə polisdə araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi