olkepress.com
olkepress.com

Polad Həşimovun anası ayaq üstə alqışlandı - VİDEO

18-05-2022, 14:55

Polad Həşimovun anası ayaq üstə alqışlandı - VİDEO
[center]
Azərbaycan Televiziyasında yayımlanan VIII “Muğam” müsabiqəsində təsirli anlar yaşanıb.

Ōlkəpress.com AzTV-yə istinadən xəbər verir ki, müsabiqənin ikinci həftəsinin ilk gününün fəxri qonaqları Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, qardaşı İlham Həşimov olublar.

Yarışmanın aparıcıları Milli Qəhrəmanın ailə üzvlərini təqdim etdikdə tamaşaçılar onları ayaq üstündə alqışlayıblar.

Televiziya müsabiqəsinin fəxri qonaqları arasında Vətən müharibəsinin bir qrup iştirakçısı da olub. Tamaşaçılar onları da alqışlayaraq ehtiramlarını bildiriblər.

Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi