olkepress.com
olkepress.com

Bakıda narkotacirlərə qarşı əməliyyat: Külli miqdarda narkotik vasitə ələ keçirildi - VİDEO

11-04-2022, 19:24

Bakıda narkotacirlərə qarşı əməliyyat: Külli miqdarda narkotik vasitə ələ keçirildi - VİDEO

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlardan ümumilikdə 2 kiloqram kokain, heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər götürülüb. Əməliyyatlar zamanı saxlanılan Musa Abdullayevdən külli miqdarda yüksək təsiredici xassəyə malik kokain, 130 ədəd psixotrop tərkibli həb, Mahir Abdullayev, Əli Əliyev və Faiq Əliyevdən də müxtəlif xassəli narkotik vasitələr aşkar olunub.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər. Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan şəxslər narkotacirlərin yalan vədlərinə aldanaraq narkotik vasitələrin satışını həyata keçiriblər.

Xətai rayonuda da narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Əhmədli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan Namiq Vəliyev tutulub. Onun üzərindən və yaşadığı evdən 11 kiloqrama yaxın marixuana aşkar olunub. Namiq Vəliyev narkotik tərkibli bitkiləri əkdiyini və satmaq məqsədi ilə qurutduğunu bildirib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət İşi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi