olkepress.com
olkepress.com

Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir - VİDEO

8-04-2022, 21:23

Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarışlarda tank heyətləri minalanmış sahələri və digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə şərti düşmənin yer, hava hədəflərini, eləcə də tank əleyhinə vasitələrinin yerində və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edirlər.

Yekun nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi