olkepress.com
olkepress.com

Oğuzdakı meşə yanğınından görüntülər - VİDEO

29-03-2022, 11:57

Oğuzdakı meşə yanğınından görüntülər - VİDEO

Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında meşə ərazisində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində təqribən 1,5 hektar sahədə quru ot və kol-kos yanıb, sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi