olkepress.com
olkepress.com

Dilənçi qadın saxlanıldı, övladı körpələr evinə yerləşdirildi - VİDEO

29-03-2022, 11:51

Dilənçi qadın saxlanıldı, övladı körpələr evinə yerləşdirildi - VİDEO

Bakının Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb.

Bu barədə Ōlkəpress.com-a DİN-dən məlumat verilib. Bildirilib ki, körpəsi ilə birlikdə dilənçilik edən Yevlax rayon sakini N. Abdullayeva Nəsimi Rayon Polis İdarəsinə dəvət edilib. Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu müəyyən edilib.

Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib. Araşdırma zamanı bundan əvvəl də N. Abdullayevanın himayəsində olan daha 2 azyaşlı uşağını baxımsız vəziyyətdə qoyduğu, onların həyat və sağıamlıqlarını təhlükə altına atdığı, həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan alınaraq dövlət himayəsinə verildiyi müəyyən edilib. N. Abdullayeva barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi