olkepress.com
olkepress.com

Üç azərbaycanlı ailə Ukraynada rusiyalı hərbçilərin nəzarətində olan kənddən çıxa bilmir - VİDEO

9-03-2022, 10:35

Üç azərbaycanlı ailə Ukraynada rusiyalı hərbçilərin nəzarətində olan kənddən çıxa bilmir - VİDEO

Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxilə etməsi nəticəsində bu ölkədə olan Azərbaycan vətəndaşları problemlər yaşamaqda davam edirlər.

Ukraynanın müxtəlif şəhər və rayonlarında qalan çoxlu sayda Azərbaycan vətəndaşları təxliyə ediləcəyi günü gözləyirlər.

Uşaqlar və hamilə qadının da olduğu 3 azərbaycanlı ailə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçən kənddə qalıblar.

3 ailənin 15 üzvü Başdansk rayonunda yerləşən kəndlərdən birində yaşayırdı. Ancaq yaşadıqları kənd atəşə tutulduğundan, onlar hazırda bu rayonun Mixayilovka kəndindəki bir fermada qalmalı olublar.

Həmin kənd Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçdiyindən onlar heç cür ərazini tərk edə bilmirlər. Onlar deyirlər ki, məhz bu səbəbdən ərzaqla təminatda problem yaşayırlar.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi