olkepress.com
olkepress.com

Ukraynadan təxliyə edilən Samir Adıgözəlli: "Polşa polisi bizə zülm edir, kömək edin" - VİDEO

2-03-2022, 19:24

Ukraynadan təxliyə edilən Samir Adıgözəlli: "Polşa polisi bizə zülm edir, kömək edin" - VİDEO

"Təcili olaraq buradan Xarici İşlər Nazirliyinə müraciət edirəm, Azərbaycanın Polşadakı səfirliyinə müraciət edirəm. Hal-hazırda Ukrayna-Polşa sərhədindən Polşa tərəfə keçmişik. Axşam bizə zülm verilib. Bizi 10 saat soyuqda saxlayıblar. Bizi ölkəyə kobud şəkildə qəbul ediblər. Polşa polisi bizimlə ən kobud şəkildə davranır".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, Polşada vəziyyət gərgindir: Bizi yaxın şəhərlərə aparmaq əvəzində, 800 km uzağa – Almaniya ilə sərhədə aparırlar. Bu, Azərbaycan vətəndaşına qarşı böyük hörmətsizlikdir. Evakuasiya məsələsində azərbaycanlılara kömək göstərməyəcəkdinizsə, onda niyə qapılarına azərbaycanlılara açırdı? Mən xahiş edirəm ki, təcili sürətdə bizimlə maraqlansınlar. Bizim tələbələrimiz də burada çətin vəziyyətdə qalıb. Bizi avtobusun içinə salıb buraxmırlar. İçməyə su vermirlər. Raketdən qaçıb gələn bu insanları zülmə salırlar. Mən təcili köməklik istəyirəm.



Ōlkəpress.com-


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi