olkepress.com
olkepress.com

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib - FOTOREPORTAJ - VİDEO

1-03-2022, 12:18

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib - FOTOREPORTAJ  - VİDEO

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyaya təxliyə olunmuş 176 Azərbaycan vətəndaşı AZAL-ın təyyarəsi ilə Bakıya gətirilib.

Onları Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları qarşılayıb.

Qeyd edək ki, Rumıniya ilə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə isə Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 950 nəfər vətəndaşımız, Polşa Respublikasına 447 nəfər vətəndaşımız, Macarıstana 17 nəfər vətəndaşımız, Rumıniyaya 200 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 13 nəfər vətəndaşımız daxil olub.

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib - FOTOREPORTAJ  - VİDEO




Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi