olkepress.com
olkepress.com

Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb - VİDEO

16-02-2022, 21:05

Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb - VİDEO

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının, o cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində bölmələrin döyüşə hazırolma vəziyyəti qəfil yoxlanılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoxlamalar zamanı “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılan tank bölmələrinin tapşırıqları dəqiqləşdirilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və hərbi gəmilərin heyətləri tərəfindən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əməliyyat şəraiti, eləcə də strateji təyinatlı infrastrukturların mühafizəsi üzrə döyüş tapşırıqları barədə məruzələr dinlənilib.

Yoxlamaların keçirilməsində əsas məqsəd qoşun növü bölmələrinin qarşılıqlı əlaqədə döyüşə hazırolma vəziyyətinə gətirilmə vərdişlərinin, eləcə də komandir heyətinin yaranmış şəraitə uyğun vəziyyəti qiymətləndirmə və çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsidir.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi