olkepress.com
olkepress.com

Məktəbli qızı vuran şəxsin digər əməlləri də üzə çıxdı - VİDEO

11-02-2022, 13:01

Məktəbli qızı vuran şəxsin digər əməlləri də üzə çıxdı - VİDEO

Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran 29 yaşlı Əhməd Hüseynov saxlanıldıqdan sonra onun eyni əməli digər xanımlara qarşı da törətdiyi üzə çıxıb.

Ölkəpress.com xəbər verir ki, bununla bağlı DİN Mətbuat Xidməti videogörüntüləri yayıb.
Ə.Hüseynovun xuliqanlıq əməllərini daha əvvəldən törətsə də, məsələ məktəbli qızın atasının “Qafqazinfo”ya müraciətindən sonra ictimailəşib və təqsirkar şəxs tutulub.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi