olkepress.com
olkepress.com

Efirdə qayınanasını öldürdüyünü etiraf etdi, telekanala polislər gəldi - VİDEOLAR

2-02-2022, 11:26

Efirdə qayınanasını öldürdüyünü etiraf etdi, telekanala polislər gəldi - VİDEOLAR

Azərbaycanda 1 il 9 ay əvvəl törədilən cinayətin üstü efirdə açılıb.

Ölkəpress.com xəbər verir ki, ARB-də yayımlanan “Səni axtarıram” verilişində gəlin qayınanasını qətlə yetirdiyini deyib.

O bildirib ki, qayınanası ilə arasında münaqişə yaranıb:

“Aramızda mübahisə oldu, mən bilməyərək onu itələdim, başı pilləkəndə daşa dəydi. Yıxılmağı ilə özündən getdi, mən qorxdum. Bəlkə, heç kəs mənə inanmayacaq ki, bu qız, həqiqətən də, belə bir şey yaşayıb. Getdim otağıma. Özümdə deyildim, bir anlıq ayıldım ki səhər açılıb. Şokda idim, özümə gələ bilmirdim. Hava açıldı, tez evdən çıxıb Nazim dayının yanına getdim. Nazim mənə kömək etdi, dedi ki, bu işin üstünü örtərəm. Dedi ki, bir dayı kimi bu işin üstünü örtəcəm”.

Verilişdən sonra cinayət törətdiyini etiraf edən qadın saxlanılıb.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi