olkepress.com
olkepress.com

Hulusi Akar Zakir Həsənovu belə qarşıladı - VİDEO

1-02-2022, 17:20

Hulusi Akar Zakir Həsənovu belə qarşıladı - VİDEO

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.

Ölkəpress.com xəbər verir ki, əvvəlcə Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.

Onu türkiyəli həmkarı H.Akar özü qarşılayıb. Z.Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Xatirə kitabını imzalayıb.

Sonra iki ölkənin müdafiə nazirlər arasında təkbətək görüş keçirilib.

Daha sonra görüş iki ölkənin nümayəndələrinin birgə iştirakı ilə davam etdirilib.

Görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri və müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq müzakirə olunub.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi