olkepress.com
olkepress.com

DYP-dən yük avtomobillərinin sürücülərindən “şirinlik” alan polis əməkdaşı ilə bağlı AÇIQLAMA - VİDEO

1-02-2022, 11:20

DYP-dən yük avtomobillərinin sürücülərindən “şirinlik” alan polis əməkdaşı ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Qaradağ rayonu Puta qəsəbəsində yol polisi əməkdaşının yük avtomobillərinin sürücülərindən “şirinlik” almasına dair yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.

Bu barədə Ölkəpress.com-un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə yayılan gorüntülərlə bağlı artıq xidməti yoxlama başlanılıb:

“Sürücülərin müəyyən olunması və məsələyə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün yük avtomobillərindən “şirinlik” alan yol polisinin ifşa edildiyinə dair video yayılıb. Belə ki, sürücülərin 99 YP 258 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə “görüş”ü paytaxtın Qaradağ rayonu Puta qəsəbəsində qeydə alınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi