olkepress.com
olkepress.com

Gəncədə yol polisi narkoman sürücü və saxta nömrəli maşın aşkarladı - VİDEO

24-01-2022, 16:00

Gəncədə yol polisi narkoman sürücü və saxta nömrəli maşın aşkarladı - VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsünü yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ölkəpress.com-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Emin Verdiyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Bundan başqa polis əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı bir neçə “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi və saxta qeydiyyat nişanları ilə idarə etməsi aşkarlanıb. Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara “Yol hərəkəti” haqqında qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi