olkepress.com
olkepress.com

14 yaşlı "patı" aludəçisinə görün kim narkotik öyrədibmiş - VİDEO

24-01-2022, 14:43

14 yaşlı "patı" aludəçisinə görün kim narkotik öyrədibmiş - VİDEO

14 yaşlı yeniyetmə bu yaşda narkotik aludəçisinə çevrilib. Onu buna öz doğma anası və əmisi vadar edib. Zorla diləndirilən yeniyetmə 1 il əvvəl xəstəxanaya yerləşdirilb, çıxandan bir müddət sonra isə yenidən vərdiş etdiyi həyata dönüb. Daha doğrusu döndürülüb.

BAKU.WS xəbər verir ki, hazırda Narkoloji Dispanserdə müalicə alan bu yeniyetmənin gələcəyi böyük sual altındadır. Çünki bədəni ilə yanaşı, onun beynini, düşüncələrini zəhərləyən ananın və əminin bundan sonra onunla necə rəftar edəcəyi bəlli deyil.

Təəssüf ki, ölkəmizdə onun kimilərin sayı heç də az deyil. Küçələrdə dilənən, avtomobil şüşəsi silən və ya salfet satan uşalqarın aqibəti heç kimə məlum deyil. Bəs biz niyə onlara sahib çıxa bilmirik?

Küçədə tapılan 14 yaşlı yeniyetmənin dramını ekranlarınıza gətiririk. Məqsədimiz zorla özünü ifadə edən bu yeniyetmənin hekayəsi ilə ürəkləri parçalamaq deyil, müvafiq qurumlarımızı onun timsalında uşaqlarımıza sahib çıxmağa çağırmaqdır.

İTV-nin hazırladığı videomaterialı təqdim edirik:



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi