olkepress.com
olkepress.com

Dünyada ilk: 90 nəfər könüllü olaraq COVID-19-a yoluxacaq

18-02-2021, 12:24

Dünyada ilk: 90 nəfər könüllü olaraq COVID-19-a yoluxacaqBöyük Britaniyada dünyada ilk dəfə insanlar üzərində COVID-19 təcrübələri həyata keçiriləcək.

NTV xəbər verir ki, gələn həftə keçirilməsi planlaşdırılan təcrübələrdə 18-30 yaş arası 90 nəfər müayinə olunacaq.

Sağlam və gənc könüllülər vasitəsilə həyata keçiriləcək təcrübədə koronavirusa qarşı hazırlanmış peyvəndlər və müalicələr test ediləcək.

Xüsusi seçiləcək 90 nəfər daim səhiyyə işçiləri tərəfindən nəzarət altında olacaqlar və təhlükəsiz mühitdə COVID-19 xəstəliyinə yoluxacaqlar.

“Human Challenge”in keçirilməsi virusun insanlara necə təsir etdiyini və necə yayıldığını anlamağa kömək etmək məqsədi daşıyır.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi