olkepress.com
olkepress.com

Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur” – VİDEO

15-01-2021, 11:13

Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur” – VİDEOTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankara Şəhər Xəstəxanasında koronavirus əleyhinə peyvənd olunub.

KONKRET.az xəbər verir ki, peyvəndin vurulmasından sonra jurnalistlərin qarşısına çıxan ölkə prezidenti ilk təəssüratlarını media əməkdaşları ilə bölüşüb.

Prezident bildirib ki, hazırda onunla birlikdə Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İdarə Məclisinin toplantısında iştirak edənlərin vaksinasiya prosesi davam edir.

“Bütün partiya liderlərini, cəmiyyətin öndə gedən şəxslərini bizim nümunəyə dəstək olub, vaksinasiyadan keçməyə çağırıram. Burada çətin heç nə yoxdur. Beş dəqiqəyə vaksin vurulur, 15 dəqiqə istirahət edirsən”, – deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidenti bugünədək koronavirusdan ölənlərə Allahdan rəhmət diləyib.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi