olkepress.com
olkepress.com

Müğənni canlı yayım edərkən faciəvi şəkildə öldü - VİDEO

20-08-2020, 19:41

Müğənni canlı yayım edərkən faciəvi şəkildə öldü - VİDEORumıniyalı müğənni Tavi Pustiunin avtomobili İnstaqramda canlı yayım zamanı qatarla toqquşub. Azvision.az “Daily Star”a istinadən xəbər verrir ki, kadrlarda Pustiu musiqiyə qulaq asır və maşında onunla birlikdə olan həyat yoldaşına təbəssümlə baxır.

Bir anda onun ifadəsi kəskin şəkildə dəyişir, qışqırmağa başlayır.

Məlumata görə, avtomobil qatarla toqquşub. Hadisə nəticəsində 29 yaşlı müğənni Pustiu yerindəcə ölüb, 24 yaşlı həyat yoldaşı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Polis əməkdaşları qəzaya səbəb kimi dəmir yolu keçidində yol hərəkəti qaydalarına əməl edilməməsini göstərib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi