olkepress.com
olkepress.com

Ramzan Kadırov sürücünü döyən polisi mükafatlandıracaq - VİDEO

6-04-2020, 21:20

Ramzan Kadırov sürücünü döyən polisi mükafatlandıracaq - VİDEORamzan Kadırov özünütəcrid qaydalarını pozan sürücüyə qarşı fiziki güc tətbiq edən polis əməkdaşını müdafiə edib.

“Qroznı” telekanalı xəbər verir ki, Çeçenistan prezidenti bu barədə hökumət üzvləri ilə iclasda açıqlama verib.
“Minlərlə insanı dəfn etməkdənsə, bir şəxsi vurmaq daha yaxşıdır. Məhz bu səbəbdən sərt tədbirlər həyata keçirilir. Kimi lazımdırsa, dəyənəklə döyəcəm. Xalqımı qorumaq naminə qaydalara riayət etməyən şəxsləri həbsxanalara, zirzəmilərə salacağam”, - deyə Kadırov bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Çeçenistanın Arqun şəhərində karantin qaydalarını pozaraq, küçəyə çıxan gəncin polis tərəfindən döyülməsini əks etdirən görüntülər yayılmışdı. Polis əməkdaşının davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi