olkepress.com
olkepress.com

İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu

2-04-2020, 20:59

İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxduİtaliyada COVID-19-a yoluxan tibb işçilərinin ümumi sayı 10 min nəfəri keçib.

Yerli xəstəxanalarının tibb işçiləri birliyi “Anaao-Assomed” bununla bağlı statistikanı açıqlayıb.
Həmin məlumatlara görə, yoluxmuş tibb işçilərinin təxminən 20 faizi həkimlərdir. Onların əksəriyyəti hazırda intensiv terapiya şöbələrində müalicə alır.
Bu günə qədər Apennin yarımadasında ölən həkimlərin ümumi sayı 69 nəfərdir.
Qeyd edək ki, İtaliya koronavirusun yayılmasına görə Avropada birinci yerdədir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi