olkepress.com
olkepress.com

“Türkiyə yaxın 6 ay ərzində Ermənistanla quru sərhədini aça bilər”

3-12-2025, 16:16

“Türkiyə yaxın 6 ay ərzində Ermənistanla quru sərhədini aça bilər”

“Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir”.

Bu barədə “Bloomberg” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, Cənubi Qafqazda ticarətin bərpa edilməsinə töhfə verəcək.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb.

Bu ilin oktyabrında Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədin açılmasının zaman məsələsi olduğunu bildirmişdi. Onun sözlərinə görə, hazırda Ermənistan-Türkiyə sərhədinin açılması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması üçün heç bir ciddi maneə yoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi