olkepress.com
olkepress.com

Keçmiş gözəllik kraliçasının meyiti 12 mərtəbəli binanın altından tapıldı

8-04-2025, 16:28

Keçmiş gözəllik kraliçasının meyiti 12 mərtəbəli binanın altından tapıldı

Keçmişdə Myanma gözəllik kraliçası olmuş Sili Mee Mandalayda güclü zəlzələdən sonra uçan binanın dağıntıları altında ölü tapılıb.

Bu barədə “Need To Know” nəşri məlumat yayıb.

Məlumata görə, Sili Mi zəlzələ zamanı uşağı xilas etməyə çalışarkən dünyasını dəyişib. Qızın meyiti 12 mərtəbəli binanın dağıntıları təmizləndikdən sonra aşkar edilib.

Sili Mee 2018-ci ildə “Miss Tourism Myanmar” titulunun ilk qalibi olub. O, həmçinin “Miss Tourism World” müsabiqəsində ölkəsini təmsil edib.

Xatırladaq ki, martın 28-də Myanmada iki zəlzələ baş verib. Bu səbəbdən ölkənin bəzi bölgələrində, eləcə də Tailandın Banqkok şəhərində fövqəladə vəziyyət elan edilib.

Myanmada martın 29-u, aprelin 1-i və 4-də yeni təkanlar qeydə alınıb. Son məlumatlara görə, Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 3 600 nəfərə çatıb, 5 000-dən çox yaralı var, daha 160 nəfər itkin düşüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi