Fransada idman yarışlarında hicab geyinmək qadağan olunub.
Bu barədə “L’Équipe” nəşri xəbər verir.
Qanun layihəsi Fransa parlamentinin yuxarı palatası olan Senatda təsdiqlənib.
Senatın 210 üzvü hicab qadağasının lehinə, 81-i isə əleyhinə səs verib.
Müzakirələr zamanı Lüksemburq sarayında bəzi senatorlar arasında gərginlik, fikir ayrılığı və mübahisələr yaşanıb.