olkepress.com
olkepress.com

Aİ İrana qarşı sanksiyaları genişləndirdi

14-10-2024, 15:41

Aİ İrana qarşı sanksiyaları genişləndirdi

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sanksiya siyahısına yeddi fiziki şəxs və yeddi təşkilat daxil edilib.

Aİ həmin şəxs və təşkilatların Rusiyaya ballistik raket göndərilməsində məsuliyyət daşıdığını iddia edib.

Bildirilib ki, yeni sanksiyalar barədə qərar Aİ ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə verilib. Sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Iran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, eləcə də alüminium istehsalçısı “Iran Alumina Company” də var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi