olkepress.com
olkepress.com

Müğənni Alla Puqaçova ölkədən 20 milyon dollarlıq sərvət çıxarmaq istədi

10-10-2024, 17:15

Müğənni Alla Puqaçova ölkədən 20 milyon dollarlıq sərvət çıxarmaq istədi

Müğənni, Rusiyanın Xalq artisti Alla Puqaçova xaricə təxminən 20 milyon dollar dəyərində antikvar keçirməyə cəhd edib

Rusiya mediasının verdiyi məlumata görə, onun Rusiyadan çıxarmaq istədiyi antikvariatların siyahısına 19-cu əsrə aid Fransız çilçıraqı, meyvə qabı, 16-19-cu əsrlərə aid heykəllər və rəsmlər daxildir.

Qiymətli əşyaların olduğu qutular Şeremetyevo Hava Limanından təyyarə ilə göndərilməli olub. Lakin sənədlərin natamam olmasısəbəbindən göndərişdən imtina edilib. Əsərlərin çoxu nadirdir və muzeyin marağına səbəb olub. Leonardo da Vinçinin müasiri Domenik Puliqonun “Madonna və iki mələkli uşaq” tablosunun hərracda qiyməti 1 milyon dollardan başlayır. Müğənninin kolleksiyasında həmçinin Rembrandtın müasiri olan rəssam Yan van Qoyenin “Yel dəyirmanı olan çay kənarındakı şəhərin mənzərəsi” var.
Antikvar satıcıları və kolleksiyaçılar Puqaçovanın sözügedən əşyalarının dəyərini 20 milyon dollar qiymətləndiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi