.
Rusiyada bombalı hücum həyata keçirən terrorist Türkiyədə saxlanılıb.
Bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də paylaşım edib.
“Bu gün saat Rusiya hüquq-mühafizə orqanlarından Yevgeni Serebriakov adlı şəxsin Moskvada bomba yüklü avtomobillə terror aktı törətdiyi, 2 nəfəri yaraladığı barədə müvafiq qurumlarımıza xəbərdarlıq edilib. Həmin şəxsin saat 09:40-da Bodrum Hava Limanından ölkımizə daxil olduğu müəyyən olunub.
Məsələ ilə bağlı Kəşfiyyat İdarəsi, İnterpol/Avropol Departamenti, MİT, İmmiqrasiya İdarəsi Müdirliyi, Terrorla Mübarizə Şöbəsi və Muğla vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən koordinasiya təmin edilib.
Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm” , - Yerlikaya bildirib.