olkepress.com
olkepress.com

İran hakimiyyəti ölkə əhalisinə divan tutur

23-04-2024, 21:52

İran hakimiyyəti ölkə əhalisinə divan tutur

Dünən ABŞ Dövlət Departamenti 2023-cü ildə dünyanın 198 ölkəsində insan haqlarına riayət olunmasına dair illik hesabatını yayıb.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

Sənəddə İran insan haqları ilə bağlı durumun daha da pisləşdiyi ölkələr sırasında yer alıb. Hesabatda əksini tapan faktlardan İran rejiminin sözün həqiqi mənasında ölkə əhalisinə divan tutmaqla məşğul olduğu qənaəti hasil olur.

Sənəddə əksini tapmış ən dəhşətli faktlardan biri ötən il İranda 798 nəfərin edam olunmasıdır ki, bu da əvvəlki - 2022-ci illə müqayisədə 37% çoxdur. Edam olunanlardan iki nəfəri azyaşlı, 20-si isə qadındır.

Hesabatda o da vurğulanır ki, əslində edam olunanların sayı ictimaiyyətə məlum olandan daha çoxdur, çünki hökumət onların heç də hamısı barədə məlumat vermir. Edam cəzası verilən vətəndaşlar arasında ölkədəki dinc etiraz aksiyalarında iştirak edənlərin də olduğu bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi