olkepress.com
olkepress.com

“Qadınlar karnavalı”na yüz minlərlə insan qatıldı

8-02-2024, 23:39

“Qadınlar karnavalı”na yüz minlərlə insan qatıldı

Almaniyada “5-ci Mövsüm” adlı karnaval çərçivəsində keçirilən “Qadınlar karnavalı”na yüz minlərlə insan qatılıb.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusilə Reyn çayı hövzəsi ətrafında yaşayan katoliklərə xas bir ənənə olaraq yaşadılan və hər il 11-ci ayın 11-i saat 11.11-də başlayan “5-ci Mövsüm” karnaval şənlikləri Köln, Düsseldorf və Mainz kimi şəhərlərdə keçirilir.

Karnavalın paytaxtı sayılan Kölndə keçirilən “Qadınlar karnavalı” üçün müxtəlif geyimlərdə küçələrə çıxan insanlar yağış və tufana baxmayaraq rəngli görüntülər yaradıblar.

Yüz minlərlə insanın şəhərin küçələrində bayram keçirməsi səbəbindən bir çox küçələr bağlanıb və nəqliyyatın hərəkətində problemlər yaranıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi