olkepress.com
olkepress.com

Özbəkistanda elektromobillərin istehsalına başlanılıb

25-01-2024, 23:04

Özbəkistanda elektromobillərin istehsalına başlanılıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Çinin BYD şirkətinin rəhbəri Van Çuanfu hibrid və elektromobillərin yığılması layihəsinə start veriblər.

Özbəkistan liderinin mətbuat xidmətindən verilən məlumata görə, mərasim Ş.Mirziyoyevin Çinə səfəri çərçivəsində BYD-nin Şençjendəki baş qərargahında baş tutub.

Qeyd edilib ki, illik 50 min ədəd istehsal gücünə malik müəssisə Özbəkistanın Cizak regionunda fəaliyyət göstərəcək.

Ş.Mirziyoyev yaxın gələcəkdə model çeşidinin genişləndirilməsi və istehsal gücünün artırılmasının vacibliyinə diqqət çəkib.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Çinin BYD şirkəti arasında elektrik və hibrid avtomobillərin və onların komponentlərinin istehsalının təşkili üçün investisiya sazişi imzalanıb.
Özbəkistanda elektromobillərin istehsalına başlanılıb


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi