İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Bu barədə “Press TV” məlumat yayıb.
“SEPAH “Ceyş əl-Ədl” terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçan aparatla hücum edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, hücum Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətinə olub. Bu, İranın Pakistan ərazisinə ilk raket hücumudur.