olkepress.com
olkepress.com

İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə yeni hava zərbələri endirib

8-12-2023, 02:35

İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə yeni hava zərbələri endirib

İsrail hərbçiləri Livandakı “Hizbullah” təşkilatının hədəflərinə hava zərbələri endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında İsrailə məxsus qırıcı təyyarələr gün ərzində İsrailə atılan raketlərə cavab olaraq terrorçuların infrastrukturuna və “Hizbullah” terror təşkilatının Livandakı əməliyyat qərargahına zərbələr endirib”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, gün ərzində İsrail Ordusu Livan ərazisindən daha bir neçə mərmi atdığını qeydə alınıb. Buna cavab olaraq İsrail hərbçiləri həmin yerləri atəşə tutub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi