Türkiyənin şimalında içərisində 33 sərnişinin olduğu avtobusa tüfənglə atəş açılıb, xəsarət alan olmayıb.
Bu barədə “Habertürk” məlumat yayıb.
“Ərbaa avtovağzalından İstanbula hərəkət edən 33 nəfəri daşıyan sərnişin avtobusu Hacıpazar kəndi yaxınlığında naməlum şəxs (və ya şəxslər) tərəfindən tüfəngdən atəşə tutulub. Atəş səslərini eşidən sürücü avtobusu saxlayıb. Avtonəqliyyat vasitəsinə baxış zamanı avtomobilin arxa hissəsindəki mühərrik qapağının qırıldığı və dizel filtrinin xarab olduğu müəyyən edilib. Jandarma əməkdaşları hadisə yerinə baxış keçirib və 3 ədəd mərmi aşkarlayıb. Sərnişinlər başqa avtobusla İstanbula göndərilib”, - məlumatda deyilir.