BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 111 əməkdaşının Qəzza zolağında öldürüldüyünü bildirib.
Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Böyük kədər hissi ilə bildirirəm ki, hərbi əməliyyatlar başlayandan bəri bizim BMT ailəmizin 111 üzvü Qəzzada öldürülüb. Mülkilər, o cümlədən Birləşmiş Millətlər Təşkilatının əməkdaşları qorunmalıdır. BMT obyektlərinə zərbə endirməməlidir", - o vurğulayıb.