Olkepress.com "Cebhe.info"- ya istinadən xəbər verir ki, İsrail ordusu (İDF) müharibənin ən azı 3 həftə davam edəcəyini açıqlayıb.
Bundan əvvəl “The New York Times”ın yazdığına görə, İDF rəsmiləri quru əməliyyatını bir neçə gün təxirə salıblar.
Əməliyyatın həftəsonu başlamalı olduğu, lakin hava şəraiti ilə əlaqədar təxirə salındığı bildirilib.
Səbəb kimi buludlu hava şəraiti göstərilir ki, bu da İsrail Hərbi Hava Qüvvələrinin dəstək verməsini çətinləşdirə bilər.
İndi isə müharibənin 3 həftə davam edəcəyi vurğulanır.