olkepress.com
olkepress.com

İsrailli qadın: Silahlılar evimə girdi və mənə dedilər ki...

11-10-2023, 15:27

İsrailli qadın: Silahlılar evimə girdi və mənə dedilər ki...
İsrailli qadın 2 övladı ilə evində olarkən HƏMAS döyüşçülərinin evlərinə gəldiyini və yaşadıqlarını danışıb.

Ölkə.Az "GZT"yə istinadla xəbər verir ki, qadın çıxışı zamanı HƏMAS döyüşçülərinin onlara yaxşı davrandığını deyib:
"İçəri girdilər və onlara ingilis dilində dedim ki, burada iki övladım var. İlk dediyim bu idi. İçəriyə baxdılar və onlardan biri mənə ingiliscə dedi ki, narahat olma, mən müsəlmanam. Bu vəziyyət məni bir tərəfdən təəccübləndirdi, digər tərəfdən də üzərimdə təzyiq yaratdı. Uşaqlarımla oturdum. Döyüşçülər mətbəxdən stol gətirdilər. Başımızda daim silahlı bir döyüşçü dayanırdı. Digərlər isə evin içərisində gəzirdi. Döyüşçülərin biri mətbəxdəki bananları gördü və "yeyə bilərəmmi" deyə souşdu. Yeyə biləcəyini dedim. Böyük övladım bir az narahat idi, kiçik olan vecinə almadı, planşeti ilə oynayırdı. Silahlar onları bir az qorxutdu. Döyüşçülər əvvəl öz aralarında ərəbcə danışdılar. Onları görən oğlum məndən soruşdu ki, necə üzr istəyəcəklərini düşünürlər? Ona böyük ehtimalla belə bir şey olmadığını dedim. Təxminən 2 saat evimdə qaldılar. 2 saat sonra onlardan biri qapıları bağladı və getdilər" - o söyləyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi