olkepress.com
olkepress.com

Dünya tikan üstündədi: Yeni epidemiya xəbərdarlıqı edildi

17-08-2023, 09:35

Dünya tikan üstündədi: Yeni epidemiya xəbərdarlıqı edildiÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, koronavirusun yeni ştammının qlobal yayılması bir ay ərzində 7,6%-dən 17,4%-ə yüksəlib; bu virus digər variantlardan daha sürətli yayılır.

Hazırda bir çox ölkələrdə EG.5 - “Eris” virusuna yoluxma aşkarlanıb və ən çox yoluxma Çin, ABŞ, Böyük Britaniya, həmçinin Avropa və Asiyada qeydə alınıb.

Mütəxəssislərin ehtimalına görə, payız-qış aylarında yeni epidemiya baş verə bilər.

Xəstəliyin əlamətləri əvvəlki variantlar ilə oxşardı: öskürək, burun axması, qızdırma, angina, təngnəfəslik və s. Qorxulu məqam xəstəliyin fəsadlaşıb ağır nəticələrə səbəb ola bilməsidir.

Fəsadlar immun sistemin vəziyyəti ilə birbaşa əlaqəlidir. Virusun yarımnövləri mutasiyaya uğradığı üçün, əvvəlki yoluxma zamanı əldə olunmuş immunitet köməyə çata bilmir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi