olkepress.com
olkepress.com

Rusiyanın yalanı ortaya çıxdı: Gəmi yoxlanılmayıb…

14-08-2023, 10:29

Rusiyanın yalanı ortaya çıxdı: Gəmi yoxlanılmayıb…Rusiyanın Qara dənizdə “Sukra Okan” yük gəmisinə atəş açması yalandır.

Axar.az xəbər verir ki, bu barədə “İnformNapalm” məlumat yayıb.

“Başqa gəmidə olan dənizçilər hadisənin şahidi olublar. Onlar deyirlər ki, Rusiya gəmi istiqamətində atəş açmayıb. Bundan başqa, ruslar özlərinin dediyi kimi heç gəmidəki yükü də yoxlamayıblar, çünki gəmidəkilər onların saxlamaq tələblərinə əməl etməyərək Türkiyə sularına doğru istiqamət alıblar. Heç bir helikopter və atəş açmaq olmayıb. Yalnız ruslar radioefir vasitəsilə təhdid ediblər. “Sukra Okan”ın göyərtəsində türkiyəli heyət var idi, onlar da ruslara tabe olmaqdan imtina etdilər. Ruslar da daha sonra “uğurlu yoxlama” barədə məlumat yaydılar”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Vasili Bıkov” gəmisinin Qara dənizdə Ukraynanın İzmail limanına gedən Palau bayrağı altında üzən “Sukra Okan” yük gəmisini saxlaması barədə rəsmi məlumat yayılmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi