olkepress.com
olkepress.com

İtaliyada meşə yanğınları: 600 nəfər təxliyə olundu

7-08-2023, 06:37

İtaliyada meşə yanğınları: 600 nəfər təxliyə olunduİtaliyanın Sardiniya adasının şimal-şərq və cənub sahillərində meşə yanğınları baş verib, bölgədən ümumilikdə 600 nəfər təxliyə edilib.

Axar.az xəbər verir ki, adada irili-xırdalı 42 yanğının baş verdiyi və onlardan 12-sinin əhatə dairəsinin genişləndiyi, yanğınların söndürülməsi üçün mülki müdafiə qüvvələrinin səfərbər olunduğu bildirilib. Əraziyə, həmçinin yanğınsöndürən təyyarə və helikopterlər cəlb edilib.

Adanın cənubunda yanğınların əhatə dairəsinin və fəsadlarının böyük olduğu bildirilib. Bəzi avtomobil yolları müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.

Hazırda adada hökm sürən küləkli hava şəraiti yanğınların söndürülməsinə mane olur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi