olkepress.com
olkepress.com

ABŞ bazaları Yunanıstan üçün risklər yaradır

4-08-2023, 08:19

ABŞ bazaları Yunanıstan üçün risklər yaradırABŞ-ın Yunanıstandakı hərbi mövcudluğunun genişləndirilməsi dövlət üçün risklər yaradır.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan Kommunist Partiyası bəyanat yayıb.

“Yunan adalarında yeni hərbi bazaların yaradılması və ABŞ-ın ölkədəki hərbi mövcudluğunu genişləndirilməsi təhlükəsizlik məsələsini gündəmə gətirir. Bu, həm yunan xalqına, həm də regionun digər sakinlərinə, eləcə də ölkəmizin suveren hüquqlarına qarşı yönəlmiş, sözlə ifadə olunmayan ölçüdə vəziyyətin təhlükəli inkişafını göstərir”, - bəyanatda qeyd edilib.

Bildirilib ki, hakimiyyət ABŞ-la hərbi bazalarla bağlı gizli dialoq aparır və artıq dövlətin adalarını “NATO ərazisi” olaraq adlandırır:

“Təhlükəli Amerika-Yunanıstan razılaşmalarının ləğvi uğrunda mübarizəni gücləndirmək, ölkədəki xarici hərbi bazaları bağlamaq, Yunanıstanı imperialist ittifaqlardan və onların cinayətkar planlarından çıxarmaq lazımdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi