olkepress.com
olkepress.com

Rusiya Qazaxıstan vətəndaşlarını müharibəyə cəlb edir

4-08-2023, 08:16

Rusiya Qazaxıstan vətəndaşlarını müharibəyə cəlb edirRusiya Ukraynaya qarşı müharibəyə Qazaxıstan vətəndaşlarını cəlb etməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” nəşri məlumat yayıb.

Məlumata görə, bununla bağlı internetdə reklamlar yerləşdirilməyə başlanılıb. Belə ki, hərbçilərə orduya qoşulmaq üçün dərhal 5000 dollardan çox ödəniş, aylıq isə 2000 dollardan çox maaş və əlavə güzəştlər vəd edilir. Həmçinin, reklamda Rusiya və Qazaxıstanın bayraqları, “yan-yana” şüarı əks olunub.

Nəşrin məlumatına görə, hazırda Qazaxıstanda 3 milyondan çox etnik rus yaşayır.

Onu da qeyd etmək lazımdır ki, Qazaxıstan qanunvericiliyinə görə, xaricdə ödənişli hərbi münaqişələrdə iştirak qanunsuzdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi