olkepress.com
olkepress.com

İran Rusiya və Belarusda PUA istehsalı üçün zavodlar tikməyə hazırlaşır

2-08-2023, 09:13

İran Rusiya və Belarusda PUA istehsalı üçün zavodlar tikməyə hazırlaşırİran Rusiya və Belarusda PUA istehsalı üçün zavodlar tikməyə hazırlaşır.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Qeyd edilir ki, iyulun 31-də Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb, kamikadze pilotsuz təyyarələr zavodunun yaradılmasını müzakirə edib.

İranlı mühəndislər əvvəllər Belarusun Qomel şəhərindəki zavodun pilotsuz təyyarələr istehsalı müəssisəsinə çevrilməsi imkanlarını araşdırıblar.

Bundan əvvəl iyunda ABŞ İranın Rusiyaya Yelabuqada (Rusiyanın) pilotsuz uçan aparatları zavodunun tikintisinə kömək etdiyini bildirmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi